Bakıda Əməkdar rəssam və kurator Səbinə Şıxlinskayanın iştirakı ilə tədbir keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 14 iyul tarixində xəbər verir.
Səbinə Şıxlinskaya getdiyi dünyanın ən mühüm müasir incəsənət tədbirləri haqqında öz təcrübələrini bölüşəcək:
- 12-ci Berlin Müasir İncəsənət Biennalesi;
- documenta fifteen, Kassel;
- 59-cu Venesiya Biennalesi – “Arzuların südü”.
19 iyul, saat 20:00 keçiriləcək tədbir ARTIM Layihə Məkanında (3-cü mərtəbə) təşkil olunacaq.
Görüş rus dilində keçiriləcək.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Dünyada mühüm tədbirlərdə həyata keçirilən müasir incəsənət praktikalarının kontekstini araşdırıb, mədəniyyət və incəsənətin “dekolonizasiyası” haqqında “post kolonial” mövzusu müzakirə ediləcək.