Paytaxtın Nizami rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 14 iyul tarixində xəbər verir.

Hadisə rayonun Qara Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib.

Beşmərtəbəli yaşayış binasında yerləşən elektrik lövhəsi alışaraq yanıb.

Bina sakinləri yanğını söndürüblər.

 

Yenilənib: 16:25

Yanğının baş verdiyi bina “LC Waikiki” geyim mağazasına məxsus olub. Bizim.Media-nın verdiyi məlumata əsasən, geyim mağazasının yerləşdiyi binanın transformatoru partlayıb.

“LC Waikiki” geyim mağazasının Nizami rayonu, Qara Qarayev prospektindəki filialı tərmi işləri səbəbindən bağlanıb.

Hər hansı ciddi problem və xəsarət alan yoxdur.