Suraxanı rayonunda su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bu haqda BakuPlus.az rayon İcra Hakimiyyətinə istinadən bu gün, 15 iyul tarixində xəbər verir.

Əhalinin içməli su ilə təmin edilməsi məqsədilə Hövsan qəsəbəsi, “Quşçuluq sovxozu” adlandırılan yaşayış sahəsində 3700 poqonometr su xətlərinin 420 poqonmetr hissəsi artıq yekunlaşıb.

Suraxanı rayon Sukanal İdarəsi tərəfindən qalan hissənin çəkilişi davam etdirilir.

Həmçinin, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində çirkab su xətti olmayan ərazidə uzunluğu 200 (d 300 mm) və 1400 (d 200 mm) metr olan kanalizasiya şəbəkəsinin qurulması işləri həyata keçirilir.