Bakıda “İş müsahibələrində bədən dili” mövzusunda təlim təşkil olunacaq. Bu haqda BakuPlus.az bu gün, 15 iyul tarixində xəbər verir.
Təlim 16 iyul tarixində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində İnsan Resursları üzrə aparıcı mütəxəssis və “Business Development Center” MMC-nin direktoru Elvin Süleymanov tərəfindən keçiriləcək.
“ASAN Könüllüləri” Təşkilatı və Business Development Center-in (Business Development Center) birgə əməkdaşlığı ilə keçiriləcək təlim “Şəxsi İnkişaf Marafonu 2” layihəsi çərçivəsində baş tutacaq.