Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında cari mövsümün, teatrın 90-cı mövsümünün təntənəli bağlanış mərasimi olub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün 16 iyul tarixində xəbər verir.
Tədbirdə “Teatrın dostu” nominasiyası üzrə mükafatlandırma mərasimi də təşkil olunub.
Mərasimdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov çıxış ediblər.
Daha sonra “Teatrın dostu” nominasiyası üzrə teatrın seçilən əməkdaşları ilə yanaşı, mövsüm ərzində Kukla Teatrı ilə davamlı əməkdaşlıq edən bəzi mətbuat nümayəndələri də mükafatlarla təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.