Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur) Həmidovanın evindən oğurluq edən şəxs kameraya düşüb. Bu haqda görüntüləri xanım öz İnstagram səhifəsində paylaşıb.

Canana sosial şəbəkə hesabında məlumat paylaşıb.

Hazırda səhhəti ilə bağlı ölkə xaricində olan C.Həmidova oğrunun onun Bakıdakı evindən televizor oğurladığı anları paylaşaraq sözügedən şəxsin tutulması üçün kömək istəyib:

“Bu oğrunu hamı tanısın. Vicdansız inşallah tutular. Evi bu gün köməkçim təhvil verməli idi, evə daxil olduqda görür ki, televizor yoxdur. Oğru açarı dükandan götürüb evə girib”, – deyə Canana paylaşımında qeyd edib.

Videogörüntüləri təqdim edirik: