Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən qatar deposunda yanğın baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən qısa müddətdə yanğın söndürülüb.
Hadisə nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin deposunda dəmiryol xətti boyunca 600 kv.m sahədə quru ot, 50 ədəd taxta şpal, taxta tullantıları, ərazidən keçən elektrik kabeli 8 poqonometr və 15 ədəd ağac yanıb.
Vaqonlar, digər ağaclar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından mühafizə olunub.