Bakının Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzində 16 iyul tarixində axşam saatlarında yanğın baş verib. Bu haqda məlumatı bu gün, 18 iyul tarixində Bakuplus.az verir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Verilən məlumata görə, alışma qısaqapanma nəticəsində baş verib. Nəticədə ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının plastik örtüyündən ibarət tavanı 8 kv.m sahədə, mağazanın qarşısından keçən elektrik kabeli 10 poqonometr və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Şahidlərin sözlərinə görə, ən azı bir nəfər dəm qazından zəhərlənib.

Yanğın söndürülüb və onun digər mağazalara keçməsinin qarşısı alınıb.