Nərimanov rayonunda növbəti asfaltlanma işləri başa çatıb. Bu haqda 19 iyul tarixində Nərimanov RİH məlumat verib.
Ş.Mustafayev küçəsi, 27 ünvanında yararsız vəziyyətə düşmüş məhəllədaxili yollara yeni asfalt örtüyü vurulub. Ümumi sahəsi 1000 kv.m olan ərazi asfaltlanıb. Rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
