Paytaxt məktəbliləri Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən olimpiadada fərqlənməyi bacarıblar. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Beynəlxalq Qrinviç Olimpiadasında (International Greenwich Olympiad) 18 şagirdimiz medal qazanıb:
- 6 nömrəli məktəb-liseyin şagirdi Atilla Cəfərli “Enerji” kateqoriyası üzrə qızıl medal;
- Təhsil Nazirliyinin nəzdindəki 6 nömrəli məktəb-liseyin şagirdləri Murad Seyidzadə və Səid Kərimli “Kompüter elmləri” üzrə qızıl medal;
- “Oxbridge Baku”-nun şagirdi İbrahim Abdullayev “Enerji” kateqoriyası üzrə qızıl medal;
- 6 nömrəli məktəb-liseyin şagirdləri Cavidan Ağayev və Emil Babayev “Mühəndislik” kateqoriyası üzrə gümüş medal.
Bundan əlavə, şagirdlərimiz müxtəlif kateqoriyalarda daha 12 gümüş və 2 bürünc medal qazanmağa müvəffəq olublar.
Olimpiada “Kompüter elmləri”, “Enerji”, “Mühəndislik”, “Ekologiya və ətraf mühit”, “Qısa film” və “Sosial elmlər” kateqoriyaları üzrə keçirilib. Final mərhələsində 30 ölkədən 90 layihə iştirak edib.