Nizami kinoteatrı Bakıda, Bülbül prospekti 20-də yerləşir. Bina 1930-cu illərdə inşa edilib. Kinoteatrın memarları Sadıq Dadaşov və Mikayıl Üseynovdur.

 

1930-cu illərdə 28 Aprel (indiki 28 May) və Kirov (indiki Bülbül) küçələrinin kəsişməsində simmetrik yerləşən iki oxşar binanın layihəsi hazırlanır. Kinoteatr üçün ayrılmış bina 1934-cü ildə, AzSSR Qida Sənayesi Xalq Komissarlığının binası isə 1935-ci ildə tikilir. “İncəsənət” adlandırılan kinoteatr Azərbaycanın sovetləşməsinin 20 illiyi ərəfəsində, 1 fevral 1940-cı ildə istismara verilmişdir. Lakin kinoteatrda ilk nümayiş 25 dekabr 1939-cu ildə baş tutmuşdur. Bu, rejissor Viktor Eysimontun “Dördüncü periskop” filmi idi. [https://azerhistory.com/?p=9964

 

Bina Bakı şəhərinin ən rahat və gözəl kinoteatrı sayılırdı. Burada üç zal mövcud idi: yay, qış və tədbirlərin keçirilməsi üçün zal. Zalda müxtəlif çıxışlar, tədbirlər, mühazirələr keçirilirdi. Əsl teatrlarda olduğu kimi, burada nəhəng ağır məxmər pərdə var idi. Hər seansdan əvvəl kinoteatrda vokalçılar və kiçik ansambllar çıxış edirdi. [Баку. Исторические и достопримечательные места. Баку-1956] [Л.Бретнацкий. Баку. Ленинград-Москва-1970]

Böyük Vətən müharibəsi illərində yay zalı əsgərlər tərəfindən mühafizə olunub, lakin filmlərin nümayiş etdirilməsi dayandırılmayıb. 1945-ci ildə “İncəsənət” kinoteatrında rus və azərbaycan dillərində “Arşın mal alan” filmi nümayiş etdirilib. Tamaşaçılar təkcə filmlərə baxmır, həm də müharibədən diqqətlərini yayındırmaq üçün özlərinə əyləncələr təşkil edirdilər. Onlardan biri nəhəng şüşəli çilçırağın içinə pul atmaq idi. Çilçıraq eyvanın səviyyəsində yerləşirdi və pullar oradan atılırdı. Uğurlu atış alqışlarla müşayiət olunurdu, yan düşən qəpiklər isə aşağıda oturanların payına düşürdü. [Кинотеатр Художественный – Низами — OurBaku]

1947-ci ildə Nizami Gəncəvinin 800 illiyi şərəfinə kinoteatrın adı dəyişilir, “Nizami” olur.

1974-cü ildə bina VII ümumittifaq kinofestivalına ev sahibliyi edir. Buna görə binada əsaslı təmir işləri aparılır. Binanın fasadı çəhrayı rəngə boyanır, küncündə gecələr işıqlanan metal qlobus qoyulur. Burada iki əlavə balaca zal inşa edilir.

1990-cı illərdə kinoteatr fəaliyyətini dayandırmışdır. Binada müxtəlif ticarət və istirahət obyektləri yerləşdirilmişdir.

2011-ci ildə kinoteatr əsaslı təmir işlərindən sonra yenidən istifadəyə verildi. [https://azerhistory.com/?p=9964

Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az
Foto Bakuplus.az Foto Bakuplus.az Foto Bakuplus.az Foto Bakuplus.az Foto Bakuplus.az