Bakıda “Musiqili proyektor” multimedia şousu təşkil olunacaq. Bu haqda 20 iyul tarixində Bakuplus.az məlumat verir.
Nizami Kino Mərkəzində oktyabrın 22-si saat 20:00-da “Musiqili proyektor” multimedia şousu keçiriləcək. Tədbir “Art-East Media Group” şirkətinin təşkilatçılığı və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə baş tutacaq.
Şouda “Avanqard” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin saundtrekləri yeni aranjimanda ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək.
Proqramda böyük sevgi və rəğbət qazanmış ekran əsərlərindən olan musiqi nümunələri, parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar məşhur filmlərdən fraqmentlərlə müşayiət olunacaq.