Paytaxtın Nizami rayonunda evlərdən oğurluq edən bir nəfər tutulub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Saatlı rayon sakini E.Cəfərov 4 evdən ümumilikdə 39.000 AZN pul və 81.000 AZN-lik qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırmalar davam edir.