Paytaxtın Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qadın kişini bıçaqlayıb. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

Fatimə Qasımova münaqişə zamanı tanışı, Bakı sakini Rufan Əliyevi bıçaqlayıb. Təqsirkar saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.