Bakının Nizami rayonunda 6 iyul tarixində intihar edən şəxsin boks üzrə yığma komandanın heyətində olduğu məlum olub. Bu haqda bu gün, 21 iyul tarixində Report məlumat verib.

31 yaşlı Yolçu Zeynalov məişət münaqişəsi zəminində özünü asıb. O, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, yaxın vaxtlarda Zeynalovun toyu baş tutmalı idi.

Foto Report.az saytı
Foto Report.az saytı