Bakıda iki azyaşlı uşaqla birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən atan qadının və övladının səhhəti ilə bağlı vəziyyətləri məlum olub. Bu haqda bu gün, 21 iyul tarixində Qafqazinfo məlumat verib.

TƏBİB-dən verilən məlumata əsasən, 25 yaşlı Aytən Abbasovanın vəziyyəti stabil ağır, uşağın isə vəziyyəti stabil olduğu bildirlir.

Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda “Özünü öldürmə həddinə çatdırma” maddəsi açılan cinayət işi üzrə istintaq davam etdirilir.