Bakıda quldurluqla məşğul olan şəxslər saxlanılıb. Bu haqda 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Binəqədi rayonunda iyulun 18-də Bakı şəhər sakini E.Novruzovun pulu və mobil telefonu quldurluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini B.Səfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, əvvəllər məhkum olunmuşlar – N.Əliyev və V.Musayevlə birgə iyulun 19-da Dərnəgül qəsəbəsi ərazisində Salyan rayon sakini E.İsmayılovu və Bakı şəhər sakini F.İmamverdiyevi bıçaqla hədələyərək 8300 manat pulu əllərindən alıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev və V.Musayev də saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.