Bakı-Naxçıvan avtobus reysləri bərpa olunur. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.
Avtobuslar hər gün saat 21:00-da Bakıdan yola düşəcək, növbəti gün 09:00-da isə Naxçıvana çatacaq.
5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur, ancaq onlar üçün də, biletin yarı qiymətini ödəməklə, oturacaq əldə etmək mümkündür. 5-10 yaş arası uşaqlar üçün biletlərdə 50% endirim olur.
Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.