Cari ilin 6 ayı ərzində Binəqədi rayonunda işlə təmin edilənlərin sayı açıqlanıb. Bu haqda 22 iyul tarixində AZƏRTAC məlumat verib.

2022-ci ildə Binəqədi rayonu üzrə 730 nəfər işlə təmin olunub, 73 nəfər özünüməşğulluq proqramlarına cəlb olunub, 541 nəfər isə sosial yardımla təmin edilib. Ümumilikdə isə 2230 nəfər işə düzəlib və onların çoxu Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərdir.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu ilin sonunadək 4-4,5 min nəfərin işlə təmin olunması, 50-60 nəfər şəxsin özünüməşğulluq tədbirlərinə cəlb edilməsi nəzərdə tutulub.