AZAL aviaşirkəti Bakıdan Nyu-Dehliyə 9 avqust tarixindən birbaşa uçuşları bərpa edir. Bu haqda Bakuplus.az bu gün, 23 iyul tarixində şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.

Uçuş proqramı “Zeal Global Group” şirkəti ilə birgə həyata keçirilir.

Uçuşlar həftədə iki dəfə – Bakıdan çərşənbə axşamı və cümə günləri, Nyu-Dehlidən isə çərşənbə və şənbə günləri təşkil ediləcək.

Bu istiqamətə aviabiletləri aviaşirkətin akkreditə olunmuş agentliklərindən, həmçinin www.azal.az saytından əldə etmək olar.

Biletin qiymətinə baqajın pulsuz daşınması (ekonom sinifdə 23 kq-yə qədər, biznes sinifdə 32 kq-yə qədər), həmçinin soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Göstərilən daşıma şərtlərinə cavab verən və mövcud epidemioloji məhdudiyyətlər altında uçuşuna icazə verilən sərnişinlər bu reyslərlə daşınmağa qəbul ediləcəklər.

Hindistana səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl https://www.azal.az/az/information/covid-india linkində bu ölkəyə daxil olarkən qüvvədə olan qaydaları öyrənmələri tövsiyə olunur.

Azərbaycana giriş qaydaları haqqında ətraflı məlumatı https://www.azal.az/ru/information/covid-azerbaijan linkindən öyrənmək olar.