Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) 6 avqust tarixində Bakıda “CultRural Festival 2022” tədbirini “Passage 1901” restoranında təşkil edəcək. Bu haqda bu gün qurumun mətbuat xidməti məlumat verib.
Festivalda Bolqarıstan və Azərbaycanın sənətkarlıq, dizayn və moda, vizual və ifaçılıq sənəti sahələri üzrə yaradıcılıq nümayəndələri və onların məhsulları ilə tanış olmaq mümkün olacaq.
Bildirilir ki, tədbirin keçirilməsində əsas məqsəd kiçik biznesə dəstək göstərməkdir. Festival çərçivəsində B2B (iş adamları arasında) görüşləri də keçiriləcək.
Qeydiyyatın son tarixi 2 avqust 2022-ci ildir.