Bakıda oğurluq və quldurluq əməlləri törədən şəxslər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 25 iyul tarixində xəbər verir.

İyulun 19-da Nizami rayonunda paytaxt sakini A.İsmayılzadənin mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Şəmkir rayon sakini M.Qasımov, Kürdəmir rayon sakinləri N.Həşimov və A.Mahmudov müəyyən edilərək saxlanılıblar.

Nərimanov rayonunda 2 avtomobildən pul, sənəd və bank kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Hacıyev saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.