Bakı sakininin bank hesabından 2000 manat oğurlanıb. Bu haqda bu gün, 26 iyul tarixində Report Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

İyulun 22-də Bakı şəhər sakini R.Rüstəmovun bank hesabından 2000 manat oğurlanması barədə Nizami RPİ-nin 24-cü PB-yə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.