Bakıda “Prius”-un sürücüsü idarəetməni itirib. Bu haqda BakuPlus.az Baku.ws-ə istinadən bu gün, 26 iyul tarixində xəbər verir.
Hadisə Olimpiya stadionu yaxınlığında baş verib.
Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə o, yoldan çıxaraq yaşıllıq ərazidə dayanıb.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.