Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

Elnur Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə yolu keçən Əminə Mirzəyevanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.