Paytaxtın Nizami rayonundakı yolların təmir-bərpa işləri ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu barədə 28 iyul tarixində APA xəbər verib.

Sərəncama əsasən, Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.