Paytaxtın Yasamal rayonunda yerləşən meşəlik ərazidə təmizlik işlərinə başlanılıb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az ARB24-ə istinadən xəbər verir.
Əraziyə xüsusi texnika cəlb olunub və bütün məişət və inşaat tullantıları təmizlənir.
“Ərazi çox böyükdür, bu gün də işləyirik, sabah yenə saat 9-dan biz burada fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Yasamal rayonu mənzil kommunal təsərrüfatı birliyinin rəis müavini Cəlil Məcidov bildirib.
Həmçinin ağaclıq zonasına mühafizə xidməti cəlb olunacaq və meşəliyə giriş-çıxış nəzarətə götürüləcək. Ərazinin sulanması məsələsi ilə bağlı müvafiq orqanlara müraciət olunub. Qurumuş ağacların götürülərək yeni tinglərlə əvəz olunması üçün məktub ünvanlanıb. Bundan əlavə, burada meşə tipli park salınacağı da vurğulanıb.
Ötən gün, 27 iyul tarixində Yasamal rayonunda ərazisi 5 hektardan çox olan meşənin baxımsız vəziyyətdə olduğu barədə məlumat verilmişdir.
Yasamal rayonunda yerləşən meşəlik ərazinin təmizlənməsinə başlanılıb



