Bakıda IDEA Heyvanlara Qayğı Mərkəzinin və Bakı Zoolojı Parkının birgə təşəbbüsü ilə heyvanların sərgisi keçiriləcək. Bu haqda 29 iyul tarixində Bakuplus.az məlumat verir.

IDEA Heyvanlara Qayğı Mərkəzinin himayə blokunda yerləşən bəzi heyvanlar Bakı zooparkında sərgilənəcəklər. Sərgi zooparkda yaradılmış “Himayə Guşəsı”ndə 30 iyul tarixində saat 10:00-dan 14:00-dək baş tutacaq.

Sərgiyə gələn qonaqlar it və pişiklərlə vaxt keçirə, ev heyvanlarına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə heyvanları ödənişsiz şəkildə öz himayəsinə götürə bilərlər. Ev heyvanına sahib olmaq üçün vətədanşlar şəxsiyyət vəsiqəsini təqdim etməli, qısa müsahibədən keçməli və öhdəlik imzalamalıdırlar. 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidirlər.

“Himayə güşəsi” sərgisi hər ayın sonuncu şənbəsi keçirilir. Bundan əvvəl sözügedən tədbir 25 iyun tarixində keçirilmişdir.