Bakıda “Müşahidə Gecəsi” adlı tədbir keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 30 iyul tarixində xəbər verir.
Park Bulvar ticarət mərkəzinin yaxınlığında keçiriləcək tədbir 5 avqust, saat 20:00-da başlayacaq.
Ulduzları müşahidə etməkdən əlavə, iştirakçıların teleskop qazanmaq şansı da olacaq. Ödənişsiz şəkildə keçiriləcək tədbirdə “giveaway” də təşkil olunacaq.
Oyunda iştirak etmək üçün linkə keçid edə bilərsiniz.
İştirakçılar arasında qalib növbəti gün random.org vasitəsilə canlı yayımda seçiləcək.