Bakıda kartinq yarışması keçiriləcək. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az “petrolofisi_azerbaijan”-a istinadən xəbər verir.
19, 20 və 21 avqust tarixlərində Bakı Şəhər Kartinq mərkəzində baş tutacaq müsabiqədə qaliblərə aşağıda göstərilən pul mükafatları təqdim olunacaq:
1-ci yer – 700 AZN;
2-ci yer – 500 AZN;
3-cü yer – 300 AZN.
Bundan əlavə, ilk 3 yeri tutan iştirakçılar “Petrol Ofisi” mühərrik yağını əldə edəcək və Petrol Ofisi kuboku qazanacaqlar.
İştirak etmək istəyənlər 055 562 10 01 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ünvan: Su İdman Sarayının yanı.