Bakının Səbial rayonu, Şıx çimərliyində fiziki məhdudiyyətli insanların dənizə çıxması üçün xüsusi körpü yaradılıb. Bu, onlara başqalarının köməyi olmadan dənizə girməyə imkan verir. Bu haqda 31 iyul tarixində Xəzər Xəbər reportaj yayıb.

Əvvəllər fiziki qüsurlu şəxslər ya sahildə durub kənardan dənizə baxırdılar, ya da yaxınlarının köməyi ilə suya girirdilər. İndi onlar özləri rahatlıqla dənizə girə biləcəklər.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup əlil Cəmil Abbasov bildirib ki, belə bir çimərliyin olmasından xəbər tutaraq bura tez-tez gəlməyə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, əlilliyi olan şəxslərin dənizə çıxışını asanlaşdıran bu körpülərin digər ictimai çimərliklərdə də tikilməsi nəzərdə tutulub.