Paytaxtın Xətai rayonu, 8 noyabr prospekti, 102B ünvanında “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçiriləcək. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
6 avqust tarixində adıçəkilən ünvanda yerləşən “Bravo” superstora yaxınlaşaraq ümumi tutumu minimum 15 litr olan müxtəlif plastik butulka gətirmək və qarşılığında ekoçanta əldə etmək mümkün olacaq.
Aksiya saat 11:00-dan 14:00-a qədər davam edəcək.