Bakıda Misirin milli bayramı – İyul İnqilabının 70-ci ildönümü münasibətilə ziyafət təşkil olunub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 2 avqust tarixində xəbər verir.

Tədbirdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid və Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış ediblər.

Hişam Mohamed Nağı Abdel Həmid inqilabdan sonrakı illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. O, milli bayramın Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümünə təsadüf etdiyini bildirib.

Sonra çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib. O, dövlətimizin başçısının Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladığını qeyd edib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.