Səbail rayonunda bələdiyyələr, nümayəndəliklər və MKİS-lər tərəfindən yerlərdə vətəndaş qəbulları keçirilib. Bu haqda Bakuplus.az Səbail RİH-yə istinadən xəbər verir.
Rayon ərazisində nümayəndəliklər, bələdiyyələr və MKİS rəhbərləri tərəfindən müxtəlif ünvanlarda vətəndaşlarla görüşlər keçirilib. Görüşlərdə, həmçinin RİHBA-nın məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin əməkdaşları iştirak ediblər.
Qəbullar zamanı sakinlərin bir sıra müraciətləri yerindəcə cavablandırılıb, qaldırılan bəzi məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı müraciətlər qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.
