Binəqədi rayonunda gəmi istifadəçiləri maarifləndirilib. Bu barədə 4 avqust tarixində Bakuplus.az 4 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Novxanı qəsəbəsində FHN kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda söhbətlər aparılıb. Texniki nəzarətin mövcud tələblərinə dair, su nəqliyyatı vasitələrinin texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da ətraflı məlumat verilib.

Sonda iştirakçılara gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.

Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı