Bakının iki rayonunda yaşayış binalarında elektrik lövhələri yanıb. Bu haqda 5 avqust Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və 2 poqonometr kabel yanıb.

Nəsimi rayonunda isə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və 3 poqonmetr kabel yanıb.

Hər iki alışma FHN-in əməkdaşları tərəfindən söndürülüb. Mənzillər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.