Bakının Səbail rayonu, Şıx çimərliyində yerləşən “Dostluq” istirahət mərkəzində ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 6 avqust tarixində Qafqazinfo məlumat verib.

32 yaşlı Pərviz Sultanov hovuzda boğulub. Kişinin, sudan çıxarıldıqda, artıq öldüyü məlum olub.

İlkin araşdırma zamanı Sultanovun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilib və onun qıcolmalar nəticəsində boğularaq öldüyü bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.