Bu gün Akif İslamzadə 74 yaşını qeyd edir. Bu haqda 8 avqust tarixində Bakuplus.az məlumat verir.
Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. O, Xalq artisti, gözəl xanım və mügənni Sara Qədimovanın övladıdır. İlk sənət dərslərini, səhnə mədəniyyətini Sara xanımdan və qohumu, ustad xanəndəmiz Hacıbaba Hüseynovdan öyrənib.
1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində Tofiq Əhmədovun rəhbərliyi ilə estrada-simfonik orkestrində işə başlayıb.
Əsrarəngiz səsə malik Akif İslamzadənin yaradıcılığı xalq və bəstəkar mahnıları ilə zəngindir. Onun ifasında 120-dən çox mahnı səslənib. Səslənən “Sarı Gəlin”, “Bu gecə”, “Bura Vətəndir”, “Alagözlüm”, “Ötən günlərimi qaytaraydılar” mahnıları tamaşaçıların xüsusi rəğbətini qazanıb.
1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərindən biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.
Akif İslamzadə 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb