Üçüncü “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı 13-20 avqust tarixlərində baş tutacaq. Təqdimat Bakı, Lənkəran və Şəki şəhərlərində nəzərdə tutulub. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az məlumat verir.

Film nümayişlərinə hər kəs pulsuz şəkildə qoşula bilər. Filmlər orijinal dildə, Azərbaycan və ingilis dilində altyazılarla nümayiş olunacaq.

Festivalın 13 və 14 avqust tarixləri üçün cədvəli artıq məlum olub. Bakıda nümayişlər Landmark və Salaam Cinema-da təşkil olunacaq.

İştirak üçün COVID-19-a qarşı vaksinasiya və ya immunitet sertifikatı vacibdir.

“Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda gender problemlərinə həsr olunmuş müstəqil sənədli filmlər festivalıdır və 2020-ci ildən fəaliyyət göstərir. Festival yerli sənətkarlar arasında qısametrajlı və bədii filmlər müsabiqəsi təşkil etməklə yerli kino yaradıcılığını təbliğ edir.

“Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı öz proqramını təqdim edib

Foto Citylife events İnstagram səhifəsi
Foto Citylife events İnstagram səhifəsi
Foto Citylife events İnstagram səhifəsi Foto Citylife events İnstagram səhifəsi

“Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı öz proqramını təqdim edib

Foto Citylife events İnstagram səhifəsi
Foto Citylife events İnstagram səhifəsi
Foto Citylife events İnstagram səhifəsi
Foto Citylife events İnstagram səhifəsi
Foto Citylife events İnstagram səhifəsi Foto Citylife events İnstagram səhifəsi Foto Citylife events İnstagram səhifəsi Foto Citylife events İnstagram səhifəsi