Binəqədidə diaqnostika aparatını oğrulayan şəxslərin digər əməlləri də müəyyən edilib. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 9 avqust tarixində xəbər verir.

Binəqədi rayonu ərazisində yerləşən avtomobillərin təmiri sexlərinin birindən 2000 manat dəyərində diaqnostika aparatını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri M.Mustafayev və E.Vəliyev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlər nəticəsində onların Suraxanı rayonu ərazisində istirmara yararsız bir avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaları da müəyyən edilib.