Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Karvan küçəsində abadlıq işləri aparılır. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Uzunluğu 650, ortalama eni isə 5 m olan küçəyə asfalt örtüyü vurulub. Rayonun digər qəsəbələrində də infrastrukturun yenidən qurulması mərhələli şəkildə baş tutacaq.

Həmçinin tarixi abidələrin bərpası, yaşayış evlərinin fasadlarının təmiri, yeni kanalizasiya xəttinin quraşdırılması nəzərdə tutulub.