Bakıda 6 aylıq körpə uşağın həyatının təhlükədə olduğu bildirilir. Bu haqda bu gün, 11 avqust tarixində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə istinadən Oxu.az məlumat verib.

 

Bildirilir ki, 6 aylıq qız nənələri tərəfindən sığınacağa gətirilib. Onlar, həmçinin iddia edirlər ki, anası 4 gündür uşağı atıb qaçıb. O, bir dəfə uşağını satmağa cəhd edib, lakin qarşı tərəf qanunvericiliyi bildiyi üçün qorxduğundan prosesi dayandırıb. Nənələri qızın hər an gəlib uşağı qaçırmasından və yenidən satmağa çalışacağından qorxurlar.

 

“Aidiyyəti qurumlardan xahiş edirəm ki, təcili olaraq körpənin uşaq evinə yerləşdirilməsi təmin edilsin”, – Kəmalə Ağazadə deyib.