“Coca-Cola” brendli musiqili avtobus paytaxt küçələrində gəzinti təşkil edəcək. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 11 avqust tarixində xəbər verir.

“Coca-Cola”-nın musiqili avtobusu 26 iyul – 15 avqust tarixləri arasında hər gün 16:00-21:00 aralığında səyahət təşkil edir. “Park Bulvar” ticarət mərkəzinin parklanma girişindən səyahətə başlayan avtobus iki marşrut üzrə hərəkət edir:

1) Ağ şəhər Bulvarı istiqamətində;

2) Bayraq Meydanı istiqamətində.

 

Musiqi avtobusunda səyahət üçün 0.5 L ölçülü “Coca-Cola Klassik”, “Coca-Cola Sıfır Şəkər”, “Coca-Cola Sıfır Şəkər Limon və Laym”, “Fanta Portağal”, “Fanta Ekzotik”, “Fanta Düşes”, “Sprite” məhsullarının qızılı qapaqlarının altındakı xüsusi promo kod ilə qeydiyyatdan keçmək lazımdır.

Qızılı qapağın altındakı kodu 3 üsulla qeydiyyatdan keçirmək olar:

  • “7676” nömrəsinə kodu SMS vasitəsilə göndərmək;
  • “music.coca-cola.az” internet saytı vasitəsilə qeydiyyatdan keçmək;
  • +994 50 444 76 76 nömrəsinə kodu WhatsApp vasitəsilə göndərmək.

 

Avtobusa daxil olarkən qeydiyyatdan keçən iki promo kod və ya qapaqlar “Coca-Cola” əməkdaşına təqdim edilməlidir.

Musiqili səyahətə 18 yaşdan yuxarı hər kəs, 12-18 yaş arası şəhər sakinləri isə valideynlərinin müşayiəti ilə qoşula bilərlər.

Foto Oxu.az saytı
Foto Oxu.az saytı