Bakı-Ələt yolunda 12 avqust axşam saatlarında avtomobilin nasazlığı səbəbindən müvəqqəti olaraq tıxac müşahidə olunub. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az məlumat verir.

“Qazel” markalı mikroavtobus hərəkətdə olarkən təkəri qəfil yerindən qopub. Nəticədə avtomobil orta zolaqda qəza vəziyyətində dayanıb. Bu da yolun bu hissəsində tıxacın yaranmasına səbəb olub.

Xəsarət alan olmayıb.