Bakıda Azərbaycanın Xalq yazıçısı, “Şöhrət” ordenli, Azərbaycan Yazıçılar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının idarə heyətinin üzvü Natiq Rəsulzadə ilə yaradıcılıq görüşü keçiriləcək. Bu haqda BakuPlus.az Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadən bu gün, 13 avqust tarixində xəbər verir.

Avqustun 19-u saat 18:00-da keçiriləcək görüş Bakıdakı Rus Evində baş tutacaq.

Natiq Rəsulzadə A.M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, 30-dan çox kitabın, çoxsaylı roman və hekayələrin müəllifidir. Onun əsərləri rus, macar, bolqar, polyak və digər dillərdə nəşr olunub, əsərləri əsasında 15 film çəkilib.