QOÇ (21 mart – 19 aprel)
Qoçlar bu həftə iki cəbhəyə ayrılacaqlar – bəziləri son alın tərinə kimi işləyəcək, bəziləri isə əksinə, tənbəllik edəcəklər. Bu müddət ərzində yeni biznes və layihələrə başlamağa qətiyyən dəyməz. İşinizdə diqqətli olun – həmkarınız tərəfindən hiylə ilə üzləşə bilərsiz. Həmin insan sadəcə sizin uğurunuzu həzm edə bilmir – üzünüzə gülür, arxanızca isə dedi-qodu edir. Həftənin sonunda vəziyyət yaxşılaşmağa başlayacaq – qara günləri arxada qoyub, ağ günə çıxacaqsız. Uğurlu günləriniz 15, 16, 20, 21 avqustdur, uğursuz gününüz gözlənilmir.
BUĞA (20 aprel – 20 may)
Bu həftə Buğa kimin dost, kimin düşmən olduğunu öyrənəcək – boynunuzda ilan bəsləmisiz, o insan sizi sancmağa çalışacaq. Bunu vaxtında başa düşsəniz və onunla əlaqəni qırsanız, zərər görməyəcəksiz. Maddi durumunuzda problemlər ola bilər, lakin çəkinmədən dostlarınızdan kömək istəyin – narahat olmayın, ayın sonunda bəy balası kimi yaşayacaqsız. Çünki sizin ağlınız, kreativliyiniz, enerjiniz lazımi insanları cəlb edəcək və sizinlə iş birliyi qurulacaq. Sevgi axtarışında olanlar, axtarmayın, çünki sevgi sizi gözlənilmədən yaxalayacaq. Uğurlu günləriniz 17, 18, 19 avqust, uğursuz gününüz isə 16 avqustdur.
ƏKİZLƏR (21 may – 21 iyun)
Bu dövrdə heç kim sultan deyil, hökmdar deyil, padişah deyil, lakin bu sözlər sizə aid deyil, çünki siz elə əsl şah həyatını yaşayacaqsız! Bürclər arasında ən ağıllılardan birisiz – hansı işə əl atsanız, mütləq uğurlu alınacaq! Həftəsonu iş təklifi gözlənilir. Bu, həmçinin karyera yüksəlişi ola bilər. Son vaxtlar çox insanı özünüzə yaxın buraxmısız, diqqətli olun, sizi sevən çox olsa da, paxıllar da az deyil. Bu həftə qısqanclıqla üzləşə bilərsiz – bu sizə qarşı aşırı sevgidən irəli gələ bilər. Uğurlu günləriniz 15, 16, 20, 21 avqustdur, uğursuz gününüz gözlənilmir.
XƏRÇƏNG (22 iyun – 22 iyul)
Halva-halva deməklə ağız şirin olmur – həyatınızda uğurlu günlərin başlanmasını istəyirsinizsə, mütləq bir iş görün. Heç vaxt pessimist olmayın, həyat zebra kimidir – bu gün qara zolaqdasınızsa, sabah mütləq ağ zolaqda olacaqsız. Həftəsonu işsizlər sevinəcək – gəlirli, sizin arzu etdiyiniz işə başlayacaqsınız. Karyera yüksəlişini gözləyənlər isə sevinc göz yaşlarına qərq olacaqlar. Həftəsonu yorğunluğunuzu çıxarmaq üçün istirahət məkanlarına üz tutun. Bürcün tənha nümayəndələrini yeni tanışlıqlar gözləyir. Uğurlu gününüz 17 avqust, uğursuz gününüz isə 16 avqustdur.
ŞİR (23 iyul – 22 avqust)
Həftənin əvvəli sürprizlərlə dolu olacaq – uşaqlıq dostunuz və ya köhnə iş yoldaşınız sizə şad xəbər verəcək. Uzunmüddətli səyahətə çıxacaqsız – sonu isə uğurla bitəcək və arzu etdikləriniz yerinə yetiriləcək. Bu həftə tələbə və məzunlar ən çox sevinən şəxslər olacaqlar, çünki çoxdan gözlədikləri xəbəri alacaqlar. Pul qazanmaq üçün yeni imkanlar yaranacaq – uğurlu iş birliyi gözlənilir. Sevgi cəbhəsində problemlər yarana bilər – aşırı qısqanclığınız sevgilinizi bezdirə bilər. Uğurlu günləriniz 15, 19, 20 avqust, uğursuz günləriniz 17, 18 avqustdur.
QIZ (23 avqust – 22 sentyabr)
Bu həftə Qızları gizli sevən bir insan üzə çıxacaq – siz ona fikir verməsəniz də, o sizi sevib, düşünüb və ağır gündə yanınızda olub. Sadəcə sizə öz hisslərini etiraf etməyə cəsarəti olmayıb. Həmin insan Balıq, Xərçənq və ya Əqrəb bürcündən ola bilər – saf, ağlasığmaz sevgi həyatı yaşamağa hazırsız? İşinizdə bəzi problemlər ola bilər, amma şirin diliniz sizə bu problemlərin öhdəsindən gəlməyə kömək olacaq. Həftəsonu çoxdandır gözlədiyiniz şad xəbəri alacaqsız – bu xəbər sizin həyatınızı 180 dərəcə dəyişəcək. Uğurlu günləriniz 18, 20, avqust, uğursuz gününüz isə 16 avqustdur.
TƏRƏZİ (23 sentyabr – 23 oktyabr)
Risk etmək – uçurumdan tullanmaq, qanadları isə uçuşda olarkən açmaq deməkdir. Bu həftə çoxdandır arzu etdiyiniz məsələni yerinə yetirin, özünüzə güvənin – həftə imkanlarla dolu olacaq. Bu bürcün bir çox nümayəndəsi öz fəaliyyət sahələrini dəyişmək, yaxınlarından qiymətli hədiyyə almaq və ya yeni romantik münasibətlərə başlamaq, bununla da həyatlarını dəyişmək üçün real fürsət əldə edəcəklər. Həftəiçi hamı sizə baxacaq, gözünü sizdən ayıra bilməyəcək – çünki sizin cazibəniz hamını heyran edəcək. Çox insan sizinlə münasibət qurmaq istəyəcək. Uğurlu günləriniz 17, 20, 21 avqust, uğursuz gününüz isə 15 avqustdur.
ƏQRƏB (24 oktyabr – 21 noyabr)
Bu həftə ulduzların sevimlisi Əqrəb olacaq – həftəiçi bütün işləri yağ kimi gedəcək. Ən çox da iş axtaranların bəxti gətirəcək və onlar perspektivli iş tapacaqlar. Əqrəb çətinliklərə ən yaxşı adaptasiya olunan bürcdür – əksəriyyətin “təslim oldum” dediyi yerdə Əqrəblər bunu heç düşünmədən yollarına davam edəcəklər. Bu keyfiyyət sizə uğur qazanmağa imkan verəcək və heç vaxt sizi dar gündə qoymayacaq. Həftəsonu tənha olanları yeni tanışlıq gözləyir. Uğurlu günləriniz 16, 21 avqust, uğursuz günləriniz isə 18, 19 avqustdur.
OXATAN (22 noyabr – 21 dekabr)
Bürclər arasında ən zəhmətkeş sayılan Oxatanı həftəiçi sürpriz gözləyir – bu, xaricə üz tutmaq və ya maddi durumun yaxşılaşması ola bilər. Bu həftə Oxatan sanki hind filmlərindəki kimi həyat yaşayacaq – əvvəli macəra ilə dolu olacaq, onu sevməyənlərlə mübarizə aparıb qələbə qazanacaq və sonda sevgisinə qovuşacaq. Sizin şirinliyiniz, cazibəniz əks cinsi dəli edir – sizi sevən çox olsa da, cəsarətli olanlar azdır. Sanki siz baryer qurmusuz və heç kimi yaxın buraxmırsız – çoxları sizdən çəkinir. Uğurlu günləriniz 15, 16 avqust, uğursuz gününüz isə 20 avqustdur.
OĞLAQ (22 dekabr – 19 yanvar)
Bu bürcü sevməyən var? Düşünürük ki, yoxdur. Bu həftə bu bürcün dalınca Əqrəb, Xərçənq və Balıq bürclərinin nümayəndələri düşəcək – hər kəs çalışacaq onun ürəyini alsın, ona sahib olsun. İşinizdə kiçik problemlər yarana bilər – bu, işə gecikmə və ya iş yoldaşlarınızla anlaşılmazlıq ola bilər. Həftənin sonunda sizdən gizlədilən bir sirri öyrənəcəksiz – bu sizin həyatınızı tamamilə dəyişə bilər. Sevgili olanları romantik ab-hava gözləyir – ən xoşbəxt anları yaşayacaqsız, hətta ola bilsin ki, evlilik təklifi alacaqsız. Uğurlu günləriniz 17, 18, 19 avqust, uğursuz günləriniz isə 15, 16 avqustdur.
DOLÇA (20 yanvar – 18 fevral)
Həftənin əvvəlində Dolçalar emosional krizis yaşaya bilərlər – yalnızlıq, güvənsizlik hiss edə, həyatın maraqsız və mənasız keçdiyi fikrinə gələ bilərlər. Bu səhv düşüncələri ağlınızdan atın – sizi qabaqda gözəl günlər, macəralarla dolu hadisələr, yeni tanışlıqlar və daha nələr gözləyir. Xarizmatik olan Dolça hər kəsin ürəyini ala bilir – ona hətta əsəbiləşmək də olmur, bir gülüşlə hirsi unutdurur. Bu üsulu bu həftə işlədin, çünki müdiriyyətlə kiçik anlaşılmazlıq ola bilər. Çalışın bu dövrdə bədxərc olmayın – ekonom-sinfə keçin. Uğurlu günləriniz 15, 16, 21 avqust, uğursuz günləriniz isə 17, 19 avqustdur.
BALIQLAR (19 fevral – 20 mart)
Bu həftə Balıqlar birdən-birə sevgi əskikliyini hiss edəcəklər. Lakin bu, sizin günahınız ola bilər – sizi sevənlərə çox az vaxt ayırdığınız üçün, onlar da sizə qarşı soyuyur. Necə deyərlər, sevgidə bəxti gətirməsə də, maddi durumda gətirəcək. Bu həftə Balıq gözləmədiyi yerdən iş təklifi alacaq və çox uğurlu iş birliyi quracaq. Həmçinin çərşənbə və ya cümə günü dostunuzdan sizi sevindirəcək xəbər alacaqsız. Çoxdandır yaşanan maliyyə problemi həftəsonu həll olunacaq. Uğurlu günləriniz 17, 18, 19 avqust, uğursuz günləriniz isə 20, 21 avqustdur.