Bakıda atalığının təcavüz etdiyi qız canına qəsd etmək istəyib. Bu haqda 15 avqust tarixində Oxu.az məlumat verib.

Xəzər rayonunda  2021-ci ildə 37 yaşlı Lətif Aslanov (şərti) ögey qızı, 15 yaşlı Aysuya (şərti) qarşı seksual hərəkətlər edib.

İttihama görə, Lətif iyul ayının əvvəllərində və sonunda Zirə çimərliyində Aysunu dənizdə üzməyi öyətmək adı ilə aldadaraq, ona qarşı seksual hərəkətlər edib. Bundan başqa, təkrar olaraq avqustun 2-də Aysunu yaşadıqları evdə zorlayıb.

Faktla bağlı CM-in “On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə” maddəsi ilə ittiham elan edilib.

Prokuror bildirib ki, Aysu təqsirləndirilən şəxsi öz doğma atası kimi qəbul edib:

“Təqsirləndirilən şəxsin ona qarşı çimərlikdə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmədiyi üçün, zərərçəkmiş onun pis fikirdə olduğunu düşünməyib. Sonuncu dəfə evdə olan zaman atalığının etdiyi hərəkətləri anladığı üçün Aysu ona qarşı sərt mövqe bildirib və bıçaqla özünə qəsd etmək istəyib”.

Bundan başqa, müəyyən olunub ki, atalığı Aysu ilə 9 yaşından 11 yaşınadək olan müddət ərzində dəfələrlə qeyri-təbii yolla, bir dəfə isə təbii yolla cinsi əlaqədə olub.

Məlum olub ki, Lətif Aysunu hədələdiyi üçün, qız qorxub və buna görə heç kimə bu barədə heç nə deməyib.

Hal-hazırda araşdırma aparılır.