“Salaam Cinema”-da yerləşən emalatxanada 21 avqust, saat 17:00-da “Musiqi ilə şüuraltı əsərlər” adlı akril boyaları ilə rəsm üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az məlumat verir.

Təlimdə iştirak edənlər musiqinin onlara hiss etdirdiyi duyğularla şüuraltı əsərlər yaradacaqlar. Dərs 2 saat davam edəcək. Bütün ləvazimatlar ödənişə daxildir.

Tədbir ödənişlidir, iştirak haqqı 16 manat təşkil edir. Qeydiyyat üçün son tarix: 20 avqust. Əlaqə nömrəsi: 051-340-86-24.