Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, I Mədən küçəsi, korpus 2 ünvanında yenidənqurma işləri aparılır. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Ümumi uzunluğu 800, ortalama eni isə 5 m olan küçədə köhnə asfalt örtüyü qaşınıb. Hazırda ərazidə yeni yol əsası yaradılır, daha sonra küçəyə asfalt örtüyü vurulacaq və müvafiq nişanlar quraşdırılacaq.

Cari il ərazində Binəqədi rayonu ərazisində ümumi uzunluğu 13,06 km olan küçələrin təmir olunması nəzərdə tutulub.

Təmir işləri aparılır
Foto AAYDA-nın rəsmi saytı