Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin heykəlinin ucaldılması prosesi başlayıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 18 avqust tarixində xəbər verir.

Abidə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılacaq. Artıq ərazi hasara alınıb, müvafiq təmizləmə və tikinti işlərinə start verilib. Yaxın günlərdə postament və heykəlin quraşdırılacağı gözlənilir.

Heykəlin müəllifi heykəltəraş Tural Rzaquliyevdir.

Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamına əsasən, Tofiq Quliyevin abidəsinin ucaldılması Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə tapşırılıb.